Türkiyənin iki böyük qəzetinin baş redaktorları istefa verdi

Doğan media qrupunda gözlənilməz istefalar baş verib
 
İslamazeri.az-ın “Taraf”-a istinadən verdiyi xəbərə görə, Türkiyədə iki tanınmış qəzetinin baş redaktorları gözlənilmədən istefa verib.
 
“Hürriyet” qəzetinin baş redaktoru Enis Berberoğlunun prezidentliyə namizəd Ekmeleddin İhsanoğluya geniş yer verdikləri səbəbilə hökumətin təzyiqləri nəticəsində istefa verdiyi iddia edilib. 
 
Həmçinin “Radikal” qəzetinin baş redaktoru Eyup Can da istefa verib. 
 
Qeyd edək ki, hər iki qəzet Doğan media qrupuna aiddir. /