Türkiyədə Ərbəin mərasimləri davam edir FOTO

Türkiyədə Ərbəin mərasimlərinin keçirilməsi davam edir. Maide.az xəbər verir ki, ölkədə noyabr 28-dən başlayan mərasimlər hazırda da davam edir. 
 
Ötən gecə, Ərbəin axşamı İstanbulun mərkəzindəki Valdehan məscidində də Ərbəin mərasimi keçirilib. Hacı İftixarinin Quran tilavəti ilə başlayan mərasim xütbə ilə davam edib. Xütbədə Ərbəin mərasimin tarixi köklərindən danışılıb. Daha sonra məclisin qonağı ustad məddah Hacı Təməddün Ərdəbili əzadarlar qarşısında rövzə və qəsidələr deyib, Kərbəla hadisəsi və Xanım Zeynəbi (ə) mədh edən şeirlər oxuyub. 
 
Qeyd edək ki, davam edən Ərbəin mərasimləri çərçivəsində dekabrın 5-də Türkiyənin "Ehlader" (Əhli-beyt (ə) Alimləri Dərnəyi, dərnəyə 500-dən çox alim daxildir, - red.) tərəfindən geniş Ərbəin mərasimi keçiriləcək. Mərasimdə bir sıra tanınmış xarici qonaqlarla yanaşı Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Ayətullah Əxtərinin də iştirakı gözlənilir./