Yəmənin Məarib vilayəti Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri tərəfindən hücuma məruz qalıb.
Bu barədə paytaxt Sənadakı hökumətə tabe olan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda vurğulanır ki, hücum zamanı 4 dinc sakin ölüb, 7 nəfər isə yaralanıb.
Yaralıların xəstəxanalara aparıldıqları və vəziyyətlərinin ağır olduğu diqqətə çatdırılıb. /eastnews.org/