Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılır.
Maide.az-ın APA-ya istinadən məlumatına görə, əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb. Yaralı əsgərlərin Türkiyəyə sabah aparılması planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. /