Əfqanıstanda bu ilin ilk 6 ayında zorakılıq hadisələri nəticəsində öldürülən dinc sakinlərin sayı açıqlanıb.
Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatınn Əfqanıstana Yardım Missiyası (UNAMA) tərəfindən açıqlama verilib.
Açıqlamaya görə, 2021-ci ilin ilk 6 ayı ərzində Əfqanıstandakı zorakılıq hadisələrində 1659 dinc sakin həyatını itirib, 3254 dinc sakin isə yaralanıb.
BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) zorakılıqların dayandırılmasını tələb edib.
Zorakılıqlar dayandırılmasa dinc sakinlərin ölüm hallarının ən yüksək həddə çatması ilə bağlı xəbərdarlıq edilib.