5 beynəlxalq təşkilat Qəzzada humanitar fəlakət xəbərdarlığı verdi

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı 5 təşkilat Qəzza zolağında fəlakətli humanitar vəziyyətlə bağlı xəbərdarlıq edib və xəstəxanaların lazımi şərait olmadığı üçün sürətlə dünyasını dəyişən yaralılarla dolu olduğunu vurğulayıb. Maide.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Ərzaq Proqramı və UNİCEF və bir sıra digər təşkilatlar ötən günlərdə Qəzza zolağında humanitar vəziyyətin acınacaqlı olduğunu, indi isə bunun əsl fəlakətə çevrildiyini açıqlayıb. UNRWA həmçinin işçilərin tibbi avadanlığın olmaması səbəbindən heç bir xidmət göstərə bilmədiklərini və Qəzzanın su, elektrik və yanacağın kəsilməsi səbəbindən boğulma vəziyyətində olduğunu açıqladı. @MaideTV