28 May metro-stansiyası 3 il müddətinə bağlanacaq – Rəsmi

28 May metro-stansiyası yaxın vaxtlarda yenidən təmirə dayandırılacaq.
 
Maide.az xəbər verir ki, bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev stansiyanın hələ də tam olarq istifadəyə verilməməsinə aydınlıq gətirərkən deyib.
 
O, qeyd edib ki, stansiyanın çıxışı müvəqqəti olaraq istifadədir:
 
“Stansiya 3 il müddətinə bağlı olacaq. Bu, stansiyada yeni tunelin tikintisi ilə bağlıdır. Bu zaman stansiyanın ətrafı hasara alınacaq. Nə giriş, nə də çıxış açıq olacaq. Hazırda çıxış həm sərnişinlərin rahatlığı, həm də sıxlığın qarşısını almaq üçün rəhbərliyin qərarı ilə müvəqqəti istifadəyə verilib. Amma ümumiyyətlə binanın özü hazır vəziyyətdə deyil”.
 
Xidmət rəhbəri yeni tunelin tikintisinin başlanması üçün stansiyanın tam olaraq nə vaxt təmirə bağlanacağı tarixininsə hələ bəlli olmadığını bildirib. /