5 yaşlı müsəlman Microsoft-un ən gənc eksperti oldu

Microsoft tarixində ən gənc ekspert çətin imtahandan keçib. 5 yaşlı Ayan Qureyşi əslən Pakistandan olan İngiltərə vətəndaşıdır. Jurnalistlərə müsahibəsində Ayan bildirib ki, "Kompaslar, teleskoplar mənim çox xoşuma gəlir, lakin ən çox prizmaları sevirəm."
 
Maide.az xəbər verir ki, onun atası kompyuter mütəxəssisidir. Atasının sözlərinə görə, Ayan lap körpə yaşlarından komyuterlərə maraq göstərib. "Hər zaman Ayan mənim yanımda oturardı və necə işlədiyimə diqqətlə baxardı" - Asim Qureyşi söyləyib. 
 
Daha sonralar isə Asim Qureyşi oğluna kompyuterlə işləməyi, onun əsaslarını öyrədib. Qısa bir zamanda isə  Ayan artıq özü sistemə yiyələnməyi öyrənib. 
 
Qeyd edək ki, Microsoft şirkətinin ekspert sertifikatına laiq görülən ilk azyaşlı müsəlman Ayan deyil. 2004-cü ildə Arfa Kərim adlı pakistanlı 9 yaşlı qız da bu imtahandan keçmişdi. 2012-ci ildə isə 8 yaşlı pakistanlı oğlan mümkün olan 100 baldan 91 bal yığaraq, imtahanı uğurla başa vurmuşdu. //