Ərdoğan İŞİD-ə: Səbrimiz tükənir (VİDEO)

Bu video Adobe Flash Player'ın son sürümünü gerektirmektedir.

Adobe Flash Player'ın son sürümünü indirin.

Baş naziri girovluqda olan diplomatların buraxılmasını tələb edib

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə Yaşılay Cəmiyyətinin təşkil etdiyi iftar ziyafətinə qatılıb. ANS-in məlumatına görə, Ərdoğan həyat yoldaşı Əminə Ərdoğan ilə birlikdə iftar süfrəsinin verildiyi qəsrə sahil təhlükəsizliyinə aid bir qayıqla gedib.
 
İftar yeməyindən sonra çıxış edən baş nazir Ərdoğan İŞİD-ə səslənərək "İraqdakı qardaşlarımızın sağ-salamat dönməsi üçün əlimizdən gələni edirik. Ancaq səbrimiz son həddinə gəldi. Sənə bir zərəri olmayanlara bunu edə bilməzsən. Hazırda o qardaşlarımız çox çətin şərtlərdə yaşayırlar. İŞİD-ə səslənirəm. Konsullarımızın buraxmalarını istəyirik. Bunu xüsusilə xatırladıram" dedi.