“Amnesty İnternational” təşkilatı İsrailin Qəzzəyə hücumları ilə bağlı istintaq aparılmasını istəyir

“Amnesty İnternational” təşkilatı İsrailin Qəzzəyə qarşı hücumları ilə bağlı istintaqın aparılmasını istəyir.
Samanews xəbər agentliyinin məlumatına görə,  “Amnesty İnternational” təşkilatı yayımladığı bəyanatda bildirir ki, “ Qəzzədə insan hüquqları pozuntularının araşdırılaması və müharibə cinayətləri törədənlərin cəzalandırılması məqsədi ilə BMT –nin təcili olaraq müstəqil beynəlxalq faktaraşdırıcı missiya yaratmasına ehtiyac duyulur”
“Amnesty İnternational” təşkilatı həmçinin İsrail və Misirdən istəyib ki,   Qəzzəyə  kifayət qədər tibbi və humanitar yardımların aparılmasına icazə versinlər və eləcədə  yaralıların keçid məntəqələrindən müalicə üçün çıxmasını təmin etsinlər.
“Amnesty İnternational” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Philip Luther deyir ki, dünya ictimaiyyəti keçmişdəki səhvlərini təkrarlamamalı, müharibənin dinc sakinlər üçün dağıdıcı təsirini müşahidə etməklə kifayətlənməməli və dinc sakinlərin nicatı üçün təcili qərarlar qəbul etməlidirlər.