“Coca-Cola” mağazalardan yığışdırılmasını təsdiqlədi

`Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edirik”

Bunu açıqlamasında "Azerbaijan Coco-Cola Bottlers” (ACCB) şirkətinin korporativ əlaqələr üzrə direktor Demokan Konyalıgil bildirib.
 
Onun sözlərinə görə, son zamanlar məhsulların mağazalarda satışının azalması ilə bağlı xəbərlərlə tanış olublar: ""Coco-Cola” son zamanlar mətbuatda bəzi mağazalarda məhsullarının yoxluğu ilə bağlı yaranan xəbərlərlə tanış olmuşuq. Bu istehlakçılarımızın narahatlığına səbəb olub. Bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyik”.