Ərəbistan müftisi İmam Hüseyn (ə) əzadarlarına edilən hücumu qınadı

Ərəbistanın baş müftisi və Fətva İdarəsinin başçısı Şeyx Əbdüləziz bin Abdullah Ali Şeyx verdiyi açıqlamada İhsa şəhərinin əd-Dalvə kəndində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərini anma mərasimi təşkil edən əzadarlara hücum edənləri qınayıb.
 
Maide.az xəbər verir ki, o, əzadarlara hücumu təşkil edənləri mərhəmətdən məhrum zalımlar adlandırıb: "Əvvəlcə qeyd edim ki, zalım şəkildə edilmiş bu hücumu şiddətlə qınayıram. İslam ümmətinə kin saxlayan düşmənlər bu cür cinayətləri işlədərək, müsəlmanların qanlarını tökülməsinə vəsilə olmaqdadırlar. Bu cinayətləri törədənlərin və onların arxasında duranların İslam dini ilə heç bir əlaqəsi ola bilməz. İslam bu cinayətlərdən kənardır. Bunlar müsəlmanlar arasında fitnə alovu törətmək istəyən fəsad yayanlardır. Bu fəsadçılar xüsusilə də Ərəbistan xalqını hədəf alıb. Belə cinayəti törədənlər mühakimə edilməli və etdiklərinin cəzasını çəkməlidirlər. Bu cür hücumlar qeyri-İslamidir, İslamla əlaqəsi yoxdur."