Ərəbistan nefti Rusiya və İrana qarşı silah kimi istifadə edir

Maide.az xəbər verir ki, Birləşmiş Krallıq Xidmətlər İnstitutunun verdiyi açıqlamaya görə, Ərəbistanın Suriyada məğlubiyyətlə nəticələnən siyasətini yenidən gücləndirmək və Suriya dövlətinə dəstək verən əhəmiyyətli iki ölkə, yəni İran və Rusiya təzyiq altına saımaq  üçün nefti silah olaraq istifadə etməyə başlayıb.
 
Ərəbistanının nefti endirdiyi ən aşağı qiymətə qədər endirib istehsalı artıraraq, rəqiblərinə təzyiq etmək istədiyini söyləyən institut, son OPEK toplantısında digər üzvlərin hasilatı 30 milyondan 26 milyona salmaq təklifinə Səudiyyənin narazı olduğunu və heç bir şəraitdə bunu qəbul etməyəcəyini xatırladaraq, Səudiyyənin bu yolla Rusiya və İranı cəzalandırdığını bildirib.
 
Ərəbistanın Rusiya və İrana iqtisadi zərbə vurmaq istədiyini bildirən məqalədə, bu yolla Səudiyyə regiondakı dostlarına da gücünü göstərmək istədiyi vurğulanıb.
 
Məqalədə bildirilir ki, İran nüvə məsələsində danışıqlar yolu ilə önündəki maneələri qaldırmaqda böyük müvəffəqiyyət əldə edib. Bundan əlavə İran İraqda şiə müqavimətçilər vasitəsi ilə təsir qüvvəsini artırıb. Əsədin İŞİD-ə qarşı uğurunun da bu hadisəyə təkan verdiyi və Ərəbistanının nefti silah olaraq istifadə edib, məğlubiyyətini kompensasiya həvəsində olduğu qeyd edilir.