Əliməmməd Nuriyev ağır qəzaya düşdü

Bu dəqiqələrdə Bakının “Azadliq” meydanında baş verən avtomobil qəzasında keçmiş millət vəkili Əliməmməd Nuriyev ağır xəsarət alıb. BMV markalı avtomobillə Əliməmməd Nuriyevin idarə etdiyi “Mitsubişi Pajero” markalı avtomobilin toqquşması nəticəsində ikinci avtomobil aşıb. Yaxınlıqdakı vətəndaşlar keçmiş deputatı tərsinə çevrilmiş avtomobildən çıxarıblar.
 
Ə.Nuriyev başından xəsarət alıb. Onun avtomobili isə tamamilə yararsız vəziyyətə düşüb.