“Memar Əcəmi”də sərnişin öldü

Bu gün saat 12:55 radələrində “Bakı Metropoliteni”nin “Memar Əcəmi” stansiyasında ölüm hadisəsi baş verib. 
 
Maide.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a açıqlamasında bildirib ki, dünyasını dəyişən şəxs 1959-cu il təvəllüdlü Bakı şəhər sakini Əhmədzadə Rafiq Şaban oğludur. Bildirib ki, hadisə stansiyanın platformasında baş verib:
 
“Dünyasını dəyişən şəxs stansiyada özünü pis hiss edib. Təcili Tibbi Yardım çağırılıb, amma o gələnə qədər həmin şəxs dünyasını dəyişib”.