“Azəriqaz” əhaliyə yeni xidmət təklif edəcək

“Azəriqaz” İstehsalat Birliyi qaynar xəttinin xidmətlərini daha da təkmilləşdirəcək və əhaliyə yeni xidmət təklif edəcək”. 
 
Maide.az xəbər verir ki, bunu Lent.az-a İB-nin baş direktorun əməyin mühafəzəsi üzrə müavini Ruslan Əliyev bildirib. Onun sözlərinə görə, yaxın 10 - 15 gün ərzində “Azəriqaz” vətəndaşların müraciətinə operativ yanaşma sistemi tətbiq edəcək ki, bununla da, şikayətlərə rəhbərlik tərəfindən birbaşa nəzarət ediləcək: "Hələlik, bu xidmətdən paytaxt sakinləri istifadə edə biləcək. Bu gün "104"-ə qazla bağlı şikayəti olan hamı zəng edir. Bu xidmətin fərqi ondadır ki, şikayətlər istiqamət üzrə birbaşa problemlə əlaqədar bölmələrə yönlənəcək".