Yəmən xalq komitələri və Ənsarullah hərəkatı Ərəbistanın 35-dən çox sərhəd kəndinə daxil olublar.
Maide.az Əl-Aləm telekanalına istinadən məlumat verir ki, Sədə vilayətində Yəmən-Ərəbistan sərhəd məntəqəsində vəziyyət gərgindir və Ərəbistan təyyarələri Yəmənin dağlıq sərhəd əraziləri, xüsusilə də Razeh və Xovlan məntəqələri üzərində irimiqyaslı hücumlar həyata keçirirlər.
Məlumata görə, Ərəbistanın Yəmənə hücumuna cavab olaraq Skad raketlərinin atıldığı və bir neçə səudiyyə hərbçisinin əsir götürüldüyü bildirilir.
Ərəbistan həmçinin, özünün ən azı 7 hava limanının fəaliyyətini dayandırmağa məcbur olub və Ərəbistanın Yəmən ilə sərhəd məntəqədə yerləşən cənub şəhərlərində küçə və bazarlar boşaldılıb./