Ərəbistan Yəmən paytaxtına hava hücumları edib

Maide.az-ın məlumatına görə, Ərəbistanın təcavüzkar qırıcı təyyarələri bu gün cümə günü səhər Yəmənin hava qüvvələri qərargahını hədəfə alıblar. Nəticədə yanacaq deposu, aeroport və Yəmən ordusunun bir zirehli diviziyası və hava bazasına çoxlu xəsarətlər dəyib. 
 
Avia-hücumlarda ehtimal olunan ölü və yaralılar barədə indiyə qədər məlumat yayılmayıb. 
 
Yəməndən əldə olunan digər bir məlumata görə, Yəmən paytaxtı Sənanın qərbində Bəni Mətər sakinləri aksiya keçirərək, Ərəbistanın hava hücumları nəticəsində həlak olanları son mənzilə yola salıblar. 
 
Ərəbistanın Səna ətrafında Bəni Mətər sakinlərinə hava hücumlarında 5 yəmənli uşaq və qadın həlak olub. Və ötən bir həftədə səudiyyəli qırıcıların Bəni Mətərə hücumunda 16 nəfər həlak olub.