Ərəbistan hərbi təyyarələri Sənanı bombalayıblar

Maide.az-ın məlumatına görə, Ərəbistan hərbi təyyarələri dünən bir daha Yəmənin yaşayış massivlərini hədəfə alıblar.
Yəmənin paytaxtı Sənanın bombalanması dünən, günün son saatlarında həyata keçirilib və bir qrup insan ölüb və yaralanıb.
 
Bu məlumata əsasən, Səudiyyə təyyarələri Yəmənin paytaxtı Sənada bir elmi mərkəzi bombalayıblar.
 
Ərəbistanın və müttəfiqlərinin hərbi təyyarələri martın 26-dan bəri intensiv şəkildə Yəmənin müxtəlif şəhərlərini bombalayırlar və indiyədək minlərlə yəmənli ölüb və yaralanıb.
 
Bu hücumlarda həmçinin Yəmənin infrastrukturları bomblanıb.