Ərəbistan Yəmənə qarşı təcavüzlərində xarici pilotlardan istifadə edir

Maide.az-ın məlumatına görə, Fələstinin "əl-Minar" qəzeti yazır ki, Ərəbistanın xüsusi xidmət orqanı Ərəb ölkələri və Pakistandan Yəmənə qarşı hava hücumlarında iştirak etmək üçün öz qırıcı təyyarə pilotlarını Ərəbistana göndərmələrini istəyib. Ərəbistanın bu istəyinə cavab olaraq, 47 pilot bu ölkəyə göndərilib. 
 
ABŞ və Avropa ölkələrinin xüsusi xidmət orqanları da Yəmənə qarşı təcavüzlərdə Ərəbistana kömək edirlər. 
 
"Əl-Minar" yazır ki, sionist rejim son zamanlar Ali-Səud rejiminə çoxlu sayda raket, silah və qırıcı təyyarə göndərib. 
 
Həmçinin, Ərəbistanın Müdafiə Nazirliyində Amerika və Ərəb ölkələrinin əməkdaşlığı ilə müzakirə otağı yaradılıb.