Ənsarullah Hərəkatı Səudiyyə Ərəbistanına xəbərdarlıq etdi

Yəmənin Ənsarullah Hərəkatı Ər-Riyadı atəşkəsi istənilən halda pozması və Yəmən torpaqlarına təcavüzü ilə bağlı xəbərdarlıq edərək, Səudiyyənin yenidən hücum edəcəyi təqdirdə cavab veriləcəyini bəyan edib.
 
 Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam Səudiyyənin Yəmənə istənilən hücumuna qəti olaraq cavab verəcəklərini bildirib.
 
Ənsarullah sözçüsü, habelə Yəmənin daxilində Əl-Qaidə terrorçularının istənilən hücumu ilə bağlı xəbərdarlıq edərək, terrorçularla mübarizəyə vurğu edib.
 
Məhəmməd Əbdüs-Salam bu ölkəyə tətbiq olunan mühasirənin dərhal ləğv edilməsini və Yəmənə istənilən humanitar yardımın BMT-nin nəzarəti çərçivəsində aparılmalı olduğunu qeyd edib. deyerler/