“Google” texnologiyada inqilabi yenilik etdi

Dünyanın texnologiya nəhəngi “Google” bu gün “Android M” və “Android Pay”I təqdim etdi.
Maide.az xəbər verir ki, hər iki yenilik ABŞ-ın San Fransisko şəhərində keçirilən “Google I/O 2015” tədbirində dünya ictimaiyyətinə təqdim edilib.
Şirkətdən açıqlama verilib ki, “Android M” sistemində barmaq izi ilə axtarış daha mükəmməl hala gətirilib. Bununla da “Google Play”dan alış-veriş edən istifadəçilər hər dəfə şifrəni yazmağa ehtiyac duymayacaqlar.
Barmaq izi istifadəsi ilə ödənişlər daha rahat həyata keçiriləcək və telefonun kilidi daha rahat açılacaq.
Yeniliyin 2015-ci ilin sonuna qədər tam hazır olacağı bildirilib./