“Apple” səhvini boynuna aldı

“Apple” şirkəti “iPhone” telefonlarında yaranan texniki problemlə bağlı açqlama verib.
Maide.az xəbər verir ki, “iPhone” istifadəçilərinə “iMessage” vasitəsilə mesaj gəldikdə proqramda problem yaranır və avtomatik olaraq bağlanır.
Bundan sonra mesaj göndərmək də olmur. Yalnız növbəti mesaj gəldikdən sonra proqram əvvəlki vəziyyətinə qayıdır.
“iPhone” istifadəçiləri bununla bağlı “Apple” şirkətinə minlərlər şikayət ünvanlayıblar.
Məsələ ilə bağlı şirkətdən bildirilib ki, problemin aradan qaldırılması üçün hazırda yenilənmə aparılır və yaxın zamanda istifadəyə veriləcək./