“Samsung”dan yeni model

“Samsung” şirkəti “Galaxy S6 Plus” modelini təqdim etməyə hazırlaşır.
Maide.az xəbər verir ki, dünyanın məşhur texnologiya istehsalçısı olan “Samsung” şirkəti mobil telefon bazarına yeni məhsulunu çıxarır.
Məlumata görə, “Galaxy S6” modelinin “Plus” versiyası bu yaxınlarda təqdim ediləcək. Bu model “The Project Zero 2” adlı layihə çərçivəsində ortaya çıxıb.
Əldə edilən məlumata görə, yeni telefonun ekranı 5,5 inç AMOLED olacaq.
Yeni telefonun qiyməti barədə məlumat verilməyib./