“Apple”dan şok qərar: minlərlə məhsul geri çağırılır

“Apple” şirkəti həddindən artıq isinən simsiz səsulcadanlar yaranan texniki problemlə əlaqədar açıqlama yayıb.
Maide.az xəbər verir ki, “Beats Pill XL” adlı simsiz səsulcadanların batareyasında yaranan problemin aradan qaldırılması üçün həmin məhsul geri çağırılır.
Məlumata görə, ABŞ-da 220 min, Kanadada isə 11 min “Beats Pill XL” məhsulu geri çağırılacaq. Qərarın digər ölkələrdəki məhsullara aid edilib-edilməyəcəyi bilinmir.
Qeyd edək ki, “Aplle” 2006-cı ildə qurulan “Beats Electronics” 2013-cü ildə 1,5 milyard dollara almışdı./