“iPhone 6s” nə zaman satışa çıxacaq?

“Apple” şirkətinin yeni modeli olan “iPhone 6s”in bu ilin sentyabr ayında satışa çıxacağı bildirilir.
Maide.az xəbər verir ki, “Apple2 şirkəti məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, daha öncəki illərdə sentyabr ayında yeni məhsul satışa çıxardığı üçün yeni modelin də eyni təqvimdə təqdim olunacağı gözlənilir.
Yeni modelin 2GB RAM, 1080 hd kameri keyfiyyətinə sahib olacağı və “iOS 9” ilə çalışacağı bildirilir. “iPhone 6s”in 64 GB və 128 GB kimi digər növləri də olacaq.
“iPhone 6s” ABŞ-da 649 dollardan başlayan qiymətlərlə satılacağı gözlənilir. Digər ölkələrdə isə qiymətin hansı aralıqlarda dəyişəcəyi bilinmir. /