“Whatsapp”a yeni funksiyalarf əlavə edildi

“Whatsapp” “Apple” şirkətinin “iOS 9” sistemində yeni funksiyaları tətbiq edib.
Maide.az xəbər verir ki, “iOS 9” tətbiq edilən yeniliklərin ən önəmlisi “Whatsapp”la bağlı olub.
Belə ki, bundan öncə “whatsapp”da gələn bütün mesajlar üçün eyni səs tonu istifadə etmək mümkün olurdusa, artıq bundan sonra hər bir şəxs üçün ayrı bildiriş səsi təyin etmək olacaq. Yəni, hər bir şəxs üçün ayrı bildiriş tonu seçə biləcəksiniz.
Bundan başqa, yeni gələn bütün mesajların hamısı eyni anda “oxundu” olaraq işarə edə biləcəksiniz.
Həmçinin, telefonunuz kildili olduğu halda “whatsapp”dan gələn mesajları kilidi açmadan da oxumaq mümkün olacaq.
Bu yeniliklər hələlik “Apple” şirkətinin “iOS 9” sistemi tətbiq edilən məhsullarında aktivdir./