İndoneziyanın paytaxtı Cakartada Islam Əməkdaşlıq Təşkilatınaüzv ölkələrin xarici işlər nazirlərinin fövqəladəiclası keçirilir.
Maide.az xəbər verir ki, fövqəladə iclasda “Fələstin və Qüdse –Şərif” məsələsi müzakirə olunacaq.
İclasda 54 İslam ölkəsindən nümayəndə heyəti iştirak edir. Bundan başqa bir sıra beynəlxalq təşkilatların nümayəndələri iclasa qatılıb.
İclas Fələstin özünü idarəetmə Təşkilatının prezidenti Mahmud Abbasın çağırışı ilə keçirilir. İki gün keçiriləcək iclasda İƏT-ə üzv ölkələrin Fələstin və Qüdsə yardımları, Fələstin ərazilərində ağır iqtisadi durumun aradan qaldırılması yollarını müzakirə edəcəklər.
Qəzza zolağının işğalçı İsrail rejimi tərəfindən mühasirədə saxlanılması və İƏT-in bu sahədə öhdəlikləri və görəcəyi işlər də müzakirə olunacaq digər önəmli məsələlərdəndir.
İclasda həmçinin işğalçı rejimin yeni qəsəbələr salması və fələstinlilərə qarşı yürütdüyü siyasətlər müzakirə olunacaq.
Məlumata görə, iclasın ikinci günündə İƏT-ə üzv ölkələrdən 10-nun prezidenti iclasa qatılacaq. /