VƏFAT ETMİŞ MÜCTƏHİDƏ TƏQLİDDƏ QALMAĞIN HÖKMÜ
SUAL 10: Əgər vəfat etmiş müctəhid elm və təqvada diri müctəhidlə bərabərdirsə, vəfat etmiş müctəhidə təqliddə qalmağın hökmü nədir?
CAVAB:
İmam Xomeyni, Ayətullah Xamenei, Ayətullah Fazil Lənkərani, Ayətullah Nuri: Əgər bir şəxs bəzi məsələlərdə bir müctəhidə təqlid edibsə, həmin müctəhid vəfat etdikdən sonra bütün məsələlərdə ona təqliddə qala bilər.
(“Tozihul-məsail”, imam Xomeyni və Ayətullah Fazil Lənkərani, məsələ 9; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 34 və 41; “Tozihul-məsail”, Ayətullah Nuri, məsələ 10.)
Ayətullah Bəhcət və Ayətullah Məkraim Şirazi: Yalnız əməl etdiyi məsələlərdə vəfat etmiş müctəhidə təqliddə qala bilər.
(“Tozihul-məsail”, Ayətullah Bəhcət, məsələ 12-13; “Tozihul-məsail”, Ayətullah Məkraim Şirazi, məsələ 10.)
Ayətullah Vəhid: Əgər bir şəxsin təqlid etdiyi (və həyatını dərk etdiyi) müctəhid vəfat etdikdən sonra diri müctəhidin vəfat etmiş müctəhidlə müqayisədə daha elmli (və hətta bərabər) olması təqlid edən şəxsə sabit olmadığı vaxta qədər vəfat etmiş müctəhidin fətvasına əməl etməlidir.
(“Tozihul-məsail”, məsələ 9.)
Ayətullah Təbrizi: Yalnız əməl etmək üçün öyrəndiyi məsələlərdə vəfat etmiş müctəhidə təqliddə qala bilər.
(“İstiftaat”, sual 14 və 50.)
Ayətullah Safi: Əgər bir şəxs bəzi məsələlərdə bir müctəhidin fətvasına əməl edərsə və yaxud əməl etmək niyyətində olarsa, həmin müctəhid vəfat etdikdən sonra bütün məsələlərdə ona təqliddə qala bilər.
(“Camiul-əhkam”, 1-ci cild, səh.20.)
Ayətullah Sistani: Bəzi məsələlərdə bir müctəhidin fətvasına əməl etməyi qərara aldıqdan sonra (hətta əməl etməsə də), həmin müctəhidin vəfatından sonra bütün məsələlərdə ona təqliddə qala bilər. Əlbəttə, namazı “bütöv”, yaхud “qəsr” qılmaq kimi iхtilaflı hallarda vəzifəsinə ümumi əhatəsi (icmali elmi) оlarsa, vacib ehtiyata əsasən, hər iki fətvaya riayət etməlidir.
(“Tozihul-məsail”, məsələ 8.)