“ÜDUL” ETMƏYİN (TƏQLİDİ DƏYİŞMƏYİN) HÖKMÜ
SUAL 11: Elm və təqvada bərabər olan diri müctəhidə “üdul” etməyə (istər büövlükdə, istərsə də bəzi məsələlərdə bir müctəhiddən başqa bir müctəhidə müraciət etmək və təqlidi dəyişməyə) icazə verilirmi?
CAVAB:
İmam Xomeyni və Ayətullah Fazil Lənkərani: Bərabər olan müctəhidə müraciət etmək (təqlidi dəyişmək) caizdir. (“Təhrirul-vəsilə”, İmam Xomeyni, 1-ci cild, məsələ 4; “Tozihul-məsail”, Ayətullah Fazil Lənkərani, məsələ 11.)
Ayətullah Bəhcət və Ayətullah Sistani: İstər bütövlükdə, istərsə də bir-birinə əlaqəsi olmayan məsələlərdə elm və təqvada bərabər olan müctəhidə təqlidi dəyişmək caizdir. (Misal üçün, müsafirin orucu ilə bağlı məsələlərdə birinci müctəhiddə təqliddə qalıb, namazın hökmlərində isə ikinci müctəhidə “üdul” edə (təqlidi dəyişə) bilməz.) (“Vəsilətun-nəcat”, Ayətullah Bəhcət, 1-ci cild, məsələ 4; “Təliqat ələl-urvə”, Ayətullah Sistani, məsələ 11 və 13.)
Ayətullah Təbrizi: Öyrəndiyi məsələlərdə başqa bir müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“İstiftaat”, sual 11.)
Ayətullah Safi: Vacib ehtiyata əsasən, öyrəndiyi məsələlərdə bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“Camiul-əhkam”, 1-ci cild, sual 18.)
Ayətullah Xamenei: Vacib ehtiyata əsasən, bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 31.)
Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri: Təqlid (əməl) etdiyi məsələlərdə bərabər olan müctəhidə təqlidi dəyişmək caiz deyildir. (“İstiftaat”, Ayətullah Məkarim Şirazi, 2-ci cild, sual 14 və 1-ci cild, səh.26; “İstiftaat”, Ayətullah Nuri, 2-ci cild, sual 12.)
Ayətullah Vəhid Xorasani: Ehtiyata uyğun olan fətvaya əməl etməlidir. Ehtiyata əməl etmək mümkün olmadığı və yaxud çətin olduğu təqdirdə, başqa bir müctəhidin fətvasına əməl edə bilər. (“Minhacus-salihin”, 2-ci cild, məsələ 8 və “Tozihul-məsail”, məsələ 4.)