DƏSTƏMAZIN HÖKMLƏRİ
SUAL 14: Dəstəmazın şərtləri nədir?
CAVAB: Dəstəmazın 13 şərti var:
1. Dəstəmaz suyu pak olmalıdır;
2. Dəstəmaz suyu saf (mütləq) olmalıdır (nəcis və qatqılı olmamalıdır);
3. Dəstəmaz suyu mübah (halal) olmalıdır (qəsbi olmamalıdır);
4. Dəstəmaz alınan qab mübah olmalıdır (qəsbi olmamalıdır);
5. Dəstəmaz alınan qab qızıl və gümüşdən olmamalıdır;
6. Dəstəmaz üzvləri (yuyulan və məsh çəkilən zaman) pak olmalıdır;
7. Dəstəmaz almaq üçün yetərincə vaxt olmalıdır;
8. Dəstəmaz Allaha yaxınlaşmaq məqsədi (qürbət qəsdi) ilə alınmalıdır;
9. Dəstəmazda “tərtibə” riayət olunmalıdır; yəni əvvəlcə üz, sоnra sağ qоl, daha sоnra sоl qоl yuyulmalı və оndan sоnra başa, sonda da ayaqlara məsh çəkilməlidir.
10. Dəstəmazın əməlləri ardıcıl və arası kəsilmədən yerinə yetirilməlidir;
11. İnsan dəstəmazı özü almalı və dısəmaz almaq üçün baqasından kömək almamalıdır;
12. Sudan istifadədə (suyun zərərli olması və yaxud susuz qalacağı kimi) hər hansı bir maneə olmamalıdır;
13. Suyun dəstəmaz üzvlərinə çatmasına maneə olmamalıdır.
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: