DƏSTƏMAZIN HÖKMLƏRİ
SUAL 16: Dəstəmazda bir dəfə yumaq dedikdə, nə nəzərdə tutulur?
CAVAB: İmam Xomeyni, Ayətullah Təbrizi, Ayətullah Fazil Lənkərani və Ayətullah Məkarim Şirazi: Dəstəmazda bir dəfə yumaqda dəstəmaz üzvünün tamamilə yuyulması nəzərdə tutulur; istər bir ovuc su ilə yuyulsun, istərsə də bir neçə ovuc su ilə. Demək, dəstəmaz üzvü tam şəkildə yuyulduğu təqdirdə, bir dəfə hesab olunur.
(“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 248.)
Ayətullah Xamenei, Ayətullah Sistani, Ayətullah Safi, Ayətullah Nuri Həmədani, Ayətullah Vəhid Xorasani: Dəstəmazda bir dəfə yumağın meyarı insanın niyyətidir. Belə ki, insan bir dəfə yumaq məqsədilə dəstəmaz üzvünə, məsələn, on dəfə (və yaxud on ovuc) su tökərsə, bütünlüklə, bir dəfə hesablanar və onun dəstəmazı batil olmaz.
“Tozihul-məsail”, mərcəi-təqlidlər, məsələ 248; “Əcvibətul-istiftaat”, Ayətullah Xamenei, sual 102; “Tozihul-məsail”, Ayətullah Nuri Həmədani, məsələ 249; “Tozihul-məsail”, Ayətullah Vəhid Xorasani, məsələ 254.
Xatırladaq ki, şəri-dini suallara cavablar gənclər və ali məktəb tələbləri tərəfindən irəli sürülüb, 10 mərcəi-təqlidin fətvası əsasında hazırlanıb və əziz oxuculara təqdim olunur. Bu araşdırmanın tənzimlənməsində aşağıdakı nöqtələr diqqət mərkəzində saxlanılır: