Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi təyyarəsi olub -Yenilənib

Bu gün Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ola bilər.

 
APA-nın xəbərinə görə, bu barədə “TOLOnews” məlumat yayıb.
 
Təyyarənin sağ mühərrikində tanıdıcı nişanlar nəqliyyat vasitəsinin ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olduğunu göstərir.  
 
Telekanalın qəzanın baş verdiyi ərazidən yaydığı görüntülərdə təyyarənin qismən yandığı və onun korpusundan “Bombardier E-11” olduğu məlum olub.
 
Videonun Qəzni vilayətində baş verən təyyarə qəzası ilə əlaqəli olması rəsmi təsdiqlənməyib.
 
“Associated Press”in məlumatına görə, ABŞ Silahlı Qüvvələri təyyarə qəzası haqda yayılan məlumatlarla bağlı araşdırmalara başlayıb.
 
ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi Bett Riordan bildirib ki, indiyə kimi qəzaya uğrayan təyyarənin hansı ölkəyə məxsus olması məlum deyil.
 
“Tasnim” agentliyi isə təyyarənin “Taliban” tərəfindən vurulmasını istisna etmir. 
 
***
 
Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb
Maide.Az xəbər verir ki,  göyərtəsində 80 sərnişini olan təyyarə Taliban terror qruplaşmasının nəzarəti altındakı əraziyə düşüb. 
 
Şahidlərin məlumatına görə, Qəndəhardan  Kabilə uçan təyyarədə yanğın baş verib və  daha sonra yer çırpılıb. 
 
Hələlik ölən və yaralananlar barədə məlumat verilməyib.