Ərəb Birliyi Yəməndə ‘muxtariyyət’ elanını rədd edir

Ərəb Birliyi Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi (BƏƏ) Yəməndəki Cənubi Keçid Şurasının (CKŞ) ölkənin cənubunda muxtariyyət elan etməsini rədd etdi və tərəfləri "Ər-Riyad Sazişini həyata keçirməyə" çağırdı.
 
Bu barədə Ərəb Birliyindən verilən yazılı açıqlamada bildirilir.
 
Açıqlamada Yəmənin ərazi bütövlüyünün ölkənin böhranının əsas nöqtələrindən biri olduğu deyilir, tərəflər ölkənin cənubundakı problemlərin həlli üçün yol xəritəsi təqdim edən Ər-Riyad razılaşmasına əməl etməyə çağırılır.
 
Bəyanatda Yəmən partiyaları yeni cəbhələr açmaq əvəzinə, Ənsarullah Hərəkatı ilə olan köklü böhranı həll etməyə dəvət olunur.