‘Samsung’ smartfonları naməlum xəstəliyə tutulub

Ötən gündən etibarən “Samsung” smartfonlarında problem yaranıb. Belə ki, bu brendin smartfonlarının səbəbsiz yerə anidən displeyi qaralır və öz-özünə smartfonlarda yenilənmə gedir.
 
“Samsung” istifadəçiləri iddia edirlər ki, smartfonlarda yaranmış problem ekran kilidi və ay təqvimi ilə bağlıdır. Belə ki, smartfonlarda vaxtı-vaxtında yenilənməyən təqvim poqramı tarixlərdə hesablamada yanlışlığa yol verir ki, bu da smartfonun əməliyyat sistemində özünü qüsur kimi göstərir, nəticədə də smartfonlarda dayanmadan yenilənmələr gedir. Qeyd edək ki, “Samsung”un digər modellərindən fərqli olaraq Galaxy S və A model sırasında bu cür hal yaşanmayıb.
 
Yaranmış məsələ ilə bağlı ”Samsung” şirkəti də açıqlama yayıb. Şirkətin açıqlmasında problemin olduğu təsdiqlənib. Nasazlığın əsasən Galaxy S8, S9, S10 modellərində və bu smartfonlardan əvvəl buraxılan qadjetlərdə olduğu bildirilib. /rakurs