‘WhatsApp’da mesajların avtomatik silinməsi funksiyası istifadəyə veriləcək

"Facebook" şirkəti "WhatsApp" messencerində müəyyən bir müddətdən sonra yazışmaların avtomatik silinməsinə imkan verəcək yeni funksiyanı işə salacağını elan edib.

 

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

 

"İtən mesajlar" adlanacaq bu funksiya aktivləşdirildiyi zaman göndərilən mesajlar 7 gündən sonra silinəcək. Sözügedən funksiyanın bir ay ərzində bütün istifadəçilər üçün əlçatan olacağı bildirilir.