Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir.
Maide.Az “Russia Today”-ə istinadla xəbər verir ki, bunu Yəmənin Ali İnqilab Komitəsinin sədri və Ənsarullah hərəkatının ali siyasi şurasının üzvi Məhəmməd Əli Əl-Husi Sənada mühasirə əleyhinə keçirilən mitinqdə çıxışında deyib.
O bildirib ki, Beynəlxalq qanunlar heç bir ölkəyə icazə vermir ki, Yəmən xalqını mühasirədə saxlasın. "Yəmənin mühasirədə saxlanılması sübut edir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyası Yəmən xalqının tək - tək bütün əhalisini heç bir istisna olmadan hədəfə alıb."
Əl-Husi bildirib ki, əslində bu Amerikadır ki, Yəmən xalqını mühasirədə saxlayır onları qətliam edir. Səudiyyə Ərəbistanı və BƏƏ ABŞ-ın bu çirkli planının icrasında bir vasitədirlər.
O qeyd edib ki, Yəmən xalqı mühasirədədir amma mühasirəni yaratmaqda ittiham olunur. "Bu iddia faktları təhrif etməkdir və əlbətdə Amerika bu kimi saxtakarlıq etməyə öyrəşib."