Aİ-nin diplomatiya rəhbəri Fələstin dövlətinin yaradılmasını dəstəkləyib

Avropa İttifaqının Xarici işlər və siyasi təhlükəsizlik üzrə nümayəndəsi Federika Mogerini Fransanın "Le Monde" qəzetinə müsahibəsi zamanı bildirib ki, Fələstin dövləti onun vəzifə səlahiyyətlərini yerinə yetirdiyi dövrdə yaransaydı, xoşbəxt olardı.

Bu barədə SalamNews RİA Prime;NovostiPrime;yə istinadla xəbər verir.

"Həqiqətdə, vacib olan yalnız odur ki, digər dövlətlər - Avropa və ya qeyri-Avropa dövlətləri Fələstini tanısın. Mən vəzifə səlahiyyətlərimin icrası dövründə Fələstin dövlətinin mövcudluğundan xoşbəxt olardım.Prime - Mogerini bildirib.

Aİ nümayəndəsi Avropa dövlətlərini müvafiq problemin həllində birgə addımlar atılması barədə qərar qəbul etməyə çağırıb.

Xatırladaq ki, oktyabrın 30-da İsveçin xarici işlər naziri Marqot Volstrom ölkə hökumətinin Fələstin muxtariyyətini müstəqil ölkə olaraq tanıdığını bəyan edib. /