ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Maide.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə zamanı bir neçə avtomobilə ziyan dəyib.
Atışmanı törədənlər olay yerindən qaçaraq gizləniblər. Onların axtarışı davam edir.
Hadisənin səbəbi araşdırılır.