Maide.Az "Anadolu"a istinadla xəbər verir ki, mətbuata açıqlama verən Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarık Aryen Parvan əyalətinin Kaleçe kəndindən ABŞ-ın Baqram aviabazasına 5 raket atıldığını söyləyib.
Aryen bir maşına yerləşdirilən raket mərmilərinin uzaqdan idarəetmə ilə işə salındığını bildirib.
Əfqanıstandakı NATO qoşunlarının verdiyi açıqlamada, Baqram Hava Bazasına 5 raket mərmisi düşdüyü və itki olmadığı qeyd edilib.
Hücumu hələ heç kim boynuna götürməyib.