ABŞ Ədliyyə Nazirliyi qarşısında işgəncə əleyhinə aksiya

İnsan haqları və ictimai fəallar ABŞ-ın Ədliyyə Nazirliyi binası qarşısına toplaşaraq işgəncə və cinayətkarların təqib olunması barəsində Senatın hesabatının izlənilməsini istəyiblər.
Maide.az xəbər verir ki, Onlarla insan haqları və ictimai fəal şənbə günü İşgəncədən zərərçəkənlərə dəstək beynəlxalq günü münasibəti ilə Vaşinqtonda ABŞ Ədliyyə Nazirliyini binası qarşısına toplaşıb. 
Bu aksiyada Beynəlxalq Amnistiya Təşkilatı və işgəncə ilə mübarizənin şahidi olan qruplar, Sülh üçün qadınlar, işgəncəyə qarşı mübarizə millətçilər, müdafiə komitəsinin hüquq əsasnaməsi, Hüquq azadlıqlarının qorunması üzrə milli koalisiya və insan haqları mərkəzinin fəalları iştirak ediblər. 
Aksiya iştirakçıları "İşgəncə verənlər məsuliyyətə cəlb olunsun", "Amerikanın işgəncələr məsələsini araşdırın", "Quantanamonun fəaliyyətini dayandırın" şüarları yazılan plakatları əllərində tutublar. 
Etirazçılardan bir qrupu Quantanamo məhbuslarının simvolu olan narıncı libasları əyinlərinə geyiniblər. 
Amerika Senatı nəhayət 5 ildən sonra MKİ əməkdaşlarının işgəncə metodu barədə hesabatı yayımlayıb. 
6200 səhifəlik bu hesabat üçün ən azı 100 min işgəncə olunan şəxslə müsahibə aparılıb və hazırlanmasına 40 milyon dollardan çox vəsait xərclənib. 
Hesabatda bildirilir ki, ötən 10 il ərzində Amerikanın nəzarətində olan həbsxanalarda məhbuslarla davranış hökumətin Konqresi məlumatlandırdığından daha faciəli və təssəvvürdən uzaq olmuşdur./