Abdulla Saleh: Heç bir şəraitdə Yəməni tərk etməyəcəm

Maide.az xəbər verir ki, Yəmənin hakimiyyətdən uzaqlaşdırılmış eks prezidenti Əli Abdullah Salehi ərəb mediasının iddialarına cavab verib. Belə ki, Əli Abdulla Saleh şənbə günü Yəməndən təhlükəsiz şəkildə çıxmağa çalışmasına dair ərəb mediaları tərəfindən yayımlanan məlumatlara öz Facebook səhifəsində mövqeyini açıqlayıb: "Ciddə, Paris və yaxud Avropanın digər yerində təhlükəsiz məkan axtarmaq ardınca deyiləm. Yəmən doğulduğum yerdir və bu ölkəni tərk etməyi düşünmürəm." 
 
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası son vaxtlar Əli Abdulla Saleh, oğlu və Ali-Səudun Yəmənə nəzarət etməsinə qarşı olan digər müxaliflərə sanksiyalar və cəzalar tətbiq edib.