Abituriyentlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə avqustun 30-dan elan olunmuş ixtisas seçimi sentyabrın 3-ü saat 23:59-da başa çatıb. İxtisas seçiminin nəticələrinin yaxın saatlarda elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatları TQDK-nın səhifəsindən əldə etmək mümkündür.