Ağcaqanad yeni, qorxulu xəstəlik yayır

Son vaxtlar Braziliyada başının ölçüləri normadan xeyli az, anormal vəziyyətdə doğulan körpələrin sayı artır. Yeni doğulmuş minlərlə çağada belə fəsad müşahidə olunur.
 
Aparılan araşdırmalar göstərir ki, son 12 ayda ölkədə belə problemli, mikrosefaliyalı uşaqların doğulmasının səbəbi Zika ağcaqanadı vasitəsilə yayılan virusdur.
 
"El Mundo" yazır ki, ki, ağcaqanad Braziliyaya Afrikadan gəlib.
 
Nevralgik pozuntu olan mikrosefaliyaya mübtəla olmuş uşaqların kəllə sümükləri və beyinlərinin həcmi normadan az olur.
 
Bu xəstəliyin Zika ağcaqanadının yaydığı virus nəticəsində yaranması ilk dəfə Afrikada 1947-ci ildə qeydə alınıb.
 
Braziliyada isə sindrom ilk dəfə ötən il qeydə alınıb.
 
Pernambuku ştatındakı xəstəxanalardan birində müalicə olunan balaca Luiza da Zika ağcaqanadının yaydığı mikrosefaliya xəstəsidir.
 
Santa Kruz di Kapibaribi şəhərinin sakini Deyalsun Arrudanın dediyinə görə, qızı Luizanın niyə belə ağır xəstəliyə düçar olduğunun səbəbini bilmir.
 
Həmin hospitaldakı 2 aylıq Xose Ueslidə də mikrosefaliya var.(milli.az)