Adil Qeybulla: `Vərəmlə bağlı real vəziyyət xeyli fərqlidir`

Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan vərəm xəstəliyinə yoluxur. 1 milyon 800 min insan isə vərəm xəstəliyindən ölür. Azərbaycan Səhiyyə Nazirliyi də vərəm xəstələri ilə bağlı hesabatında deyilir ki, Azərbaycanda vərəmli xəstələrin sayı azalıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib. Bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.
 
Maide.az xəbər verir ki, mövzu ilə bağlı deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan vərəmin tolerant formasında adambaşına sayına görə, dünyada birinci yeri tutur: "Təxminən 15-20 il öncə başlanğıcını Rusiya həbsxanalarından götürən vərəmin tolerant forması aşkar olunub. Bu əslində vərəm əleyhinə olan dərmanlardan düzgün istifadə olunamamasından qaynaqlanan bir məsələdir.
 
Vərəmin bu cür tolerant forması geniş yayılmaqdadır. Yaxın illərdə dünyada bu xəstəlikdən 15 milyon insanın tələf olacağı ehtimal olunur. Bu çox ciddi durumdur.
 
Vərəmin tolerant formasına vərəm əleyhinə dərmanlar təsir etmir. Bu xəstəliyin müalicəsi üçün yeni qrup peraparatlardan istifadə edilir. Bu gün vərəmin müalicəsi ilə bağlı DOTS və DOTS-plus proqramları var. Bu gün vərəmlə bağlı real vəziyyət statistikanın təqdim etdiyindən xeyli fərqlidir".