Ağ evin qarşısında ABŞ-ın Suriya və İraqa hücumlarına etiraz

Bir qrup müharibə əleyhidarları Ağ evin qarşısında etiraz aksiyası keçirib. 

Maide.az-ın beynəlxalq KİV-lərə istinadən məlumatına görə, etirazçılar bildirib ki, biz bura yığışmışıq ki, Barak Obama hökumətinə etirazımızı bildirək və deyək ki, Suriya və İraqın bombalanması qanunsuz,  əxlaqa zidd və səhv bir addımdır. Onlar bildiriblər ki, İŞİD terror qruplaşması ABŞ-ın Liviya, Suriya və İraqdakı səhv siyasətlərinin nəticəsində yaranıb. Deməli ABŞ-ın xarici siyasətində dəstəklənən bir qruplaşmaya ABŞ bombaları heç bir təsir etməyəcək. /