Aİ işğalçı İsrail rejimini qanunsuz yaşayış sahələrinin tikintisini dayandırmağa çağırıb

 
Avropa Birliyi Yaxın Şərqdəki vəziyyəti diqqətlə izləyir və İsrail Fələstin ərazilərini ilhaq edərsə, lazımi addımları atacaq - Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə yüksək nümayəndəsi Federika Moqerinini verdiyi açıqlamada belə deyib. 
 
Maide.Az xarici KİV-ə istinadla bildirir ki, bəyanatda, İordan çayının qərb sahilindən başqa bir yəhudi yaşayış məntəqəsinin yaradılması planının Təl-Əviv tərəfindən Fələstin ərazilərinin ilhaq edilməsi ilə bağlı açıqlamalar fonunda təsdiqlənməsinə diqqət çəkilib.
 
Aİ işğal altındakı Fələstin torpaqlarında, o cümlədən Şərqi Qüdsdə bütün yəhudi yaşayış məntəqələrinin beynəlxalq qanunlara zidd olaraq tikildiyini bir daha təkrarlayır və İsraili bu istiqamətdə məskunlaşma fəaliyyətlərini dayandırmağa çağırır.
 
Açıqlamada Fələstin torpaqlarının ilhaqının Yaxın Şərqdə sülh yolu ilə nizamlanmaya və sabitliyə zərbə vuracağı qeyd olunur.