Ali Lider: Hegemon ölkələrin İran xalqı ilə düşmənçiliyi heç vaxt bitməyəcək

Xəbər verdiyimiz kimi, bu gün (yanvarın 7-də) Müqəddəs Qum şəhərinin əhalisi yerli vaxtla saat 09:00-da İslam İnqilabının rəhbəri, Ali Lider Ayətullah Seyyid Əli Xamenei ilə görüş keçiriblər.
Maide.az xəbər verir ki, görüşün əsas səbəbi Qum əhalisinin hicri-şəmsi tarixi ilə 19 Dey 1356-cı ildə (miladi tarixi ilə 08 yanvar 1977-ci il), Rza Şah rejiminə qarşı qiyamlarının il dönümün qeyd etmək olub.
İslam İnqilabının rəhbəri, Ali lider Ayətullah Əli Xamenei görüşdə çıxış edib və İslam Peyğəmbəri (s) və İmam Sadiq (ə) mövludu münasibəti ilə xalqı təbrik edib. 
 Ayətullah Xamenei çıxışında ölkə iqtisadiyyatının neft gəlirlərinə bağlılığını aradan qaldırılmasının zəruriliyini vurğulayıb. “Ölkə rəsmiləri və hökumət əcnəbilərin əlinə göz tikməməlidir və bilməlidirlər ki, bir addım geri çəkilmək düşmənin irəliləməsi ilə nəticələnəck. Elə etmək lazımdır ki, düşmən sanksiyaları ləğv etməsə, bu xalqın rifahına, ölkənin inkişafına ziyan dəyməsin”. 
Ali Lider Ayətullah Xamenei bildirib ki, hegemon ölkələrin İran xalqı ilə düşmənçiliyi heç vaxt bitməyəcək. “Ölkə rəsmiləri daxili gücünə güvənərək etibarsız düşmənin əlindən sanksiya silahını almalıdır və İslam İnqilabının dəyərləri və xalqın mənafeyi uğrunda öz borcunu yerinə yetirməlidir.”
İslam İnqilabının rəhbəri Ayətullah Xamenei deyib ki, ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının  (MKİ) gizli həbsxanaları və işkəncələri haqda yayımlanan xəbərlər, Amerikalıların söz azadlığını dəstəklədikləri ilə bağlı iddialarının həqiqətə uyğun olmadığını göstərdi. “Amerikalıların İran xalqı və İslam İnqilabı ilə bitməyən düşmənçiliklərinin , kin-küdurətlərinin əsas səbəbi budur ki, İran kimi stratejik mövqeyə və xüsusiyyətlərə malik bir ölkə İslam İnqilabının qələbəsi ilə onların əlindən çıxdı.”
Ayətullah Xamenei düşmən qarşısında qəflət etməmək və onlara güvənməməyi tövsiyə edib. “İranı sanksiyalar qarşısında sığortalamaq düşmənin manevr gücünü məhdudlaşdırar və müqavimət iqtisadiyyatı”nın həqiqi mənası budur və onun həyata keçirilməsi ölkə rəsmilərinin əsas vəzifəsidir.”
İslam İnqilabının Rəhbəri bəzi ABŞ rəsmilərinin İranın nüvə məsələsində güzəştə gedəcəyi təqdirdə belə, sanksiyaların hamısının və bir dəfəyə ləğv edilməyəcəyi barədə səsləndirdiyi fikirlərə toxunub və müzakirələrin aparılması  ilə müxalif olmadığını, lakin ümidverici və real məsələlərə diqqət edilməsinin vacibliyini vurğulayıb. /