Ali Lider Ayətullah Seyyid Əli Xamenei Məkkədə baş vermiş hadisədə həlak olan zəvvarlarla bağlı başsağlığı verib.
Maide.az xəbər verir ki, Ali Lider Ayətullah Xameneinin ofisinin rəhbəri höccətül-islam Məhəmmədi Qulpayqani Ayətullah Xamenei tərəfindən İranlı zəvvarların Sudiyyə Ərəbistandakı rəhbəri və Ali liderin nümayəndəsi höccətül-islam Qazi Əsgərə zəng edərək hadisə zamanı ölən və xəsarət alanlar haqqında maraqlanı.
Telefon danışığında höccətül-islam Qazi Əsgəri hadisə zamanı ölən və yaralanan zəvvarların sayı və yaralanmış zəvvarların son vəziyyəti ilə bağlı Ayətullah Xameneinin ofisinin rəhbəri Qulpayqaniyə məlumat verib.
Sonda Ali Liderin nümayəndəsi höccətül-islam Qulpayqani Ayətullah Xamenei tərəfindən Məkkədə baş verən hadisədə ölən İranlı zəvvarların ailələrinə başsağlığı verib və Allahdan onlar üçün bağışlanmağı diləyib.
Qeyd edək ki, "Məscidül-Həram"ın genişləndirilməsi işləri zamanı qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər xasarət alıb. Ölənlərdən 5 zəvvar və yaralananlardan isə 32 zəvvar İranlıdır. Iranlı zəvvarların 7-si isə itgin düşüb. /