İran prezidenti və Nazirlər Kabinetinin üzvləri Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.
Maide.Az xəbər verir ki, görüş "Dövlət Həftəsi" münasibəti ilə baş tutub.
1395-ci il 2 şəhrivər, 23 avqust 2016-cı il İran İslam Respublikasında "Dövlət Həftəsi"nin başlandığı gündür.
Qeyd edək ki, İranın 1981-ci ildə prezidenti Məhəmməd Əli Rəcayi və baş nazir Məhəmməd Cavad Bahünər baş nazirlik ofisində terrorçu "Münafiqlər" qruplaşmasının törətdiyi terror aktında şəhid oldular. Bu münasibətlə hər il həmin tarixdən 1 həftə boyunca İranda "Dövlət Həftəsi" qeyd olunur.
Bu görüş barədə ətraflı məlumat daha sonra yayımlanacaq.